BAKI, 1 apr — Sputnik. Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer bu gecə 89 yaşında vəfat edib.
Bu barədə keçmiş nazirin Bonndakı ofisi məlumat yayıb.
Genşer 18 il müddətində — 1974-cü ildən 1992-ci ilə kimi xarici işlər naziri vəzifəsini daşıyıb. O, Almaniyanın birləşməsində vacib rol oynayan siyasətçi kimi tanınır.