CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada "USB" texnologiyası ilə enerji toplayan ilk sərt disk hazırlanıb

© AZƏRTACDünyada "USB" texnologiyası ilə enerji toplayan ilk sərt disk hazırlanıb
Dünyada USB texnologiyası ilə enerji toplayan ilk sərt disk hazırlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Seagate Technology" şirkəti 8 TB tutumunda masaüstü "Seagate Innov8" diskinin buraxılışını elan edib.

BAKI, 1 aprel-Sputnik. "Seagate Technology" şirkəti 8 TB tutumunda masaüstü "Seagate Innov8" diskinin buraxılışını elan edib.

İstehsalçının məlumatına görə, bu, dünyada "USB" texnologiyası ilə enerji toplayan ilk sərt diskdir.

Sputnik Azərtac-a istinadla xəbər verir ki, sərt disk "USB Type-C" simmetrik portu ilə təchiz edilib və alüminium korpusda təqdim olunub. Ağırlığı 1.5 kiloqram olan sərt diskin ölçüsü 208×123.6× 36 millimetrdir. "Seagate Dashboard" proqram təminatı informasiyanın ehtiyat köçürülməsinə cavabdehdir.

Sərt disk apreldən satışa çıxarılacaq və dəyəri 349 ABŞ dolları təşkil edəcək.

Xəbər lenti
0