BAKI, 1 aprel-Sputnik. Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinin plenar sessiyası öz işinə başlayıb.
Sputnik-in məlumatına görə, iclasda iştirakçılar nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün milli tədbirləri, eləcə də bu mövzuda beynəlxalq fəaliyyəti müzakirə edəcəklər.
IV Nüvə Təhlükəsizliyi Sammiti ABŞ prezidenti Barak Obamanın mətbuat konfransı ilə sona çatacaq.
Azərbaycan Prezidenti İlham Əliyev də sözügedən beynəlxalq tədbirdə iştirak edir.
Nüvə Təhlükəsizliyi Sammiti daha əvvəl Vaşinqtonda (2010), Seulda (2012) və Haaqada (2014) keçirilib.