BAKI, 1 aprel-Sputnik. Vəkil Müzəffər Baxışov Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib.
Sputnik-in məlumatına görə, bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Onunla bağlı Ali Məhkəmənin hakimi Tatyana Qoldman Kollegiyaya şikayət edib. Bu gün VK-da vəkillə bağlı inzibati icraata baxılıb və müvafiq qərar qəbul edilib.
Qərara əsasən, VK iş üzrə müvafiq qaydada məhkəməyə müraciət edəcək.
Baxışov 16 saylı Hüquq Məsləhətxanasında çalışıb. O, hakimiyyətə qarşı müxalif mövqedə dayanan vəkillərdən biri olub. Bir sıra KİV-də hakimiyyəti, məmurları, eləcə də baş prokuroru, məhkəmə hakimlərini ciddi tənqid etməsi ilə yadda qalıb.