Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar ABŞ-da açıqlanan məşğulluq göstəricisindən sonra gücləndi

© Sputnik / Murad OrujovСто долларов США
Сто долларов США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, martda kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisi 215 min artıb, işsizlik nisbəti isə 5 faiz olub.

BAKI, 1 aprel — Sputnik. Bu gün ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisi açıqlanıb, mart ayı üçün bu göstərici proqnozdan artıq olub.

Sputnik Bloomberght-ə istinadla xəbər verir ki, məşğulluq göstəricisi 215 min artıb, işsizlik nisbəti isə 5 faiz olub. Göstəricinin artması ABŞ-da məşğulluq bazarının dayanıqlı qaldığına işarə edir.

ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, məşğulluq göstəricisinin 205 min artması, işsizlik nisbətinin isə 4.9 faiz olması proqnozlaşdırılırdı.

FED-in başçısı Canet Yellen bu həftəki açıqlamasında faiz artımları ilə bağlı qlobal iqtisadiyyata bağlı olaraq təmkin nümayiş etdirməyin uyğun olacağını söyləmişdi.

29 martda danışan Yellen geniş əhatəli məşğulluğun bu il sağlam sürətlə irəliləməyə davam etdiyini demişdi.

ABŞ-da artan məşğulluq göstəricilərinin fonunda FED-in uçot dərəcələrini artıra biləcəyi gözlənilir. Bu isə dolların daha da möhkəmlənməsi üçün vəsilə olub.

Xəbər lenti
0