Bakının mərkəzi küçələri bağlanır

© Sputnik / Murad OrujovФан-зона Формулы-1 в Баку
Фан-зона Формулы-1 в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

BAKI, 1 aprel-Sputnik. Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Sputnik Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata istinadla xəbər verir ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

Xəbər lenti
0