Nazirlikdən havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq

© AZƏRTACВетряная погода
Ветряная погода - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Aprelin 3-də havanın temperaturu aşağı düşəcək.

BAKI, 1 aprel-Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprelin 3-də havanın kəskin şəkildə dəyişəcəyi, temperaturun aşağı düşəcəyi barədə xəbərdarlıq yayıb.

Departamentdən Sputnik-ə verilən məlumata görə, aprelin 03-də Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, aprelin 03-ü axşamdan 04-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, intensiv olacağı gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 03-ü gündüzdən 04-ü səhərədək hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала