CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

10 il böyrək çatışmazlığından əziyyət çəkən Könül ailə qurdu

© Sputnik / Shahperi AbbasovaKönül Qədirova
Könül Qədirova - Sputnik Azərbaycan
Abunə olmaq
10 ildən sonra talenin üzünə güldüyü Könül və o ağrıları qızı ilə bərabər yaşayan atası sevinclərini Sputnik-lə bölüşüblər.

Şahpəri Abbasova, Sputnik

BAKI, 1 aprel-Sputnik. 10 il əvvəl ailənin tək qızı olan Könül börək çatışmazlığından əziyyət çəkməyə başladı. Ailəsinin onu sağaltmaq üçün etdiyi bütün cəhdlər uğursuzluqla nəticələnirdi.

Dializin köməyi ilə ömrü uzadılan Könülün digər orqanları da tədricən sıradan çıxmağa başlayanda, ailə ümidini itirməyə başladı. Çünki ölkənin imkanlı adamlarına, deputatlara, dövlət başçısına edilən müraciətlər cavabsız qalırdı.

Ümid hər bir insanın həyatının ən başlıca stimuludur. Elə "ümid sonda ölür" deyimi də təsadüfən yaranmayıb. Könülü də həyata məhz sağalacağına olan ümid bağladı. Könülün atası Kərim müəllim deyir ki, qızım sağalacağına həmişə inanırdı və bir gün belə bu inamı itirmədi. Hətta hamının onun sağalacağına olan ümidləri itdiyi halda.

Ailənin Könülü əməliyyat etdirmək, ona böyrək köçürtdürmək üçün maddi imkanı yox idi. Bank hesabına toplanan cüzi yardımlar, ailənin satılması mümkün olan hər şeyi satması nəticəsində əldə edilən vəsaitlər Könülü ölümün pəncəsindən almaq üçün kifayət deyildi. Valideynlərinin ümidləri üzülən bir vaxtda, bir gün gözlənilmədən Könülün ömrünə günəş düşür.

Təsadüfən bir nəfər öz böyrəyini bağışlamaq istədiyini deyir. Donorun qanı ilə Könülün qanı uyğun gəlir. Onu əməliyyat edirlər. Xoşbəxtlikdən hər şey uğurlu olur. Könül yenidən həyata bağlanır. Bir gün onun qarşısına xəstəliyini qəbul edən və onunla ailə qurmaq istəyən oğlan çıxır.

Qax rayonu İbaxlı kənd sakini Könül Qədirova və onun atası Sputnik vasitəsi ilə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə müraciət ediblər. Onları ümidlərini itirməməyə çağırıblar.

Xəbər lenti
0