Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar üçün kritik gün

© AFP 2024 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya bazarlarında diqqətlər bu gün açıqlanacaq ABŞ əhalisinin məşğulluq göstəricisinə yönəlib.

BAKI, 1 aprel — Sputnik. Dünya bazarlarında diqqətlər bu gün açıqlanacaq ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisinə yönəlib.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-da bu gün saat 16.30-da açıqlanacaq mart ayı üçün məşğulluq göstəricisinin 205 min artması, işsizlik nisbətinin dəyişməyəcəyi və 4,9 faizdə qalacağı gözlənilir.

Bloomberght-in məlumatına görə, fevral ayında məşğulluq göstəricisi 242 min artıb, işsizlik nisbəti fevral ayında yanvar ayına görə dəyişmədən 4.9 faiz olub.

Məşğulluq göstəricisinin proqnozlaşdırılan həddən (205 000) yüksək olacağı təqdirdə dolların bahalaşması davam edəcək və FED-in uçot dərəcələrini artıracağı günü daha da yaxınlaşdıracaq.

Uçot dərəcələrinin artırılması ilə dolların bir qədər də bahalaşacağı gözlənilir. Əgər açıqlanacaq məşğulluq göstəricisi proqnozdan aşağı olarsa, dolların ucuzlaşması başlayacaq və FED dərəcələri artırmağı bir qədər də təxirə salacaq. Adətən dollar bahalaşdıqda neft ucuzlaşır.

Xəbər lenti
0