ELM

Tutanxamonun məzarı yoxlanılacaq

© mystage.ruTutanhamonun qəbri
Tutanhamonun qəbri - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalardan sonra məzarının açılıb-açılmaması ilə barədə qərar qəbul edilməlidir.

BAKI, 31 mar — Sputnik. Misir kraliçası Nefertitinin türbəsinin axtarışları çərçivəsində bu gün Luksordakı Şahlar vadisində firon Tutanxamonun məzarı sonuncu dəfə skan ediləcək.

"Report" xəbər verir ki, Misirin Qədim Abidələr və Mədəni İrs Nazirliyi alimlərin işə məzarın turistlər üçün bağlanmasından sonra başlayacağını məlumat verib.

Radioloji tədqiqatlar və infraqırmızı skan (termoqrafiya) vasitəsilə həyata keçiriləcək üçüncü və son araşdırmalardan sonra məzarının açılıb-açılmaması ilə barədə qərar qəbul edilməlidir.

Əvvəlki iki arxeoloji tədqiqat ötən ilin payızında yapon alimlər tərəfindən aparılmış və onlar hələ üstü açılmamış və bəlkə də türbənin yerləşdiyi əlavə məkanların olmasını təsdiq etmişdi. Tədqiqatçılar məzarın şimal divarının arxasında müəyyən boş məkanın olduğunu aşkar edib.

Misirin qədim abidələr və mədəni irs naziri Xalid əl-Anani görülən işlərin nəticələrini aprelin 1-də Luksorda keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Xəbər lenti
0