BAKI, 31 mar — Sputnik. Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində 7 polis əməkdaşı həlak olub, 23 nəfər isə yaralanıb.
Sputnik-in NTV telekanalına istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb.
Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.
Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır.
Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.