BAKI, 31 mart – Sputnik. Birləşmiş Ştatlar dövlət katibi Con Kerri, Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtonda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, görüş zamanı Kerri Suriyadakı proseslərlə bağlı Ankaranı rahatlaşdıran önəmli açıqlamalar verib.
ABŞ dövlət katibi, Türkiyənin terrorçu olaraq gördüyü PYD və YPG-nin əsas dərdinin Suriya olmadığını, bu qruplaşmanın məqsədinin Suriyanın şimalında muxtariyyət qurmaq olduğunu deyib.
Con Kerri ABŞ-ın heç vaxt bu muxtariyyəti tanımayacağını da açıqlayıb.
Qeyd edək ki, son vaxtlar YPG-PYD mövzusunda Vaşinqtonla Ankara arasında fikir ayrılığı yaşanırdı. ABŞ PKK-nı terrorçu hesab etsə də, YPG-nin İŞİD-lə döyüşdüyünü bəhanə gətirərək təşkilatı dəstəkləyirdi.