BAKI, 31 mar — Sputnik. Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif aprelin 7-də Bakıda görüşəcəklər.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılıb: "O cümlədən perspektivli nəqliyyat layihələrini və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub".