BAKI, 31 mart-Sputnik. Ötən gün Venesiyada keçiriləcək "Sivilizasiyaların kəsişməsi" mövzusunda Beynəlxalq Ədəbiyyat Festivalına yollanarkən H.Əliyev adına Beynəlxalq Hava limanında saxlanılan yazıçı Əkrəm Əylisliyə qarşı cinayət işi qaldırılıb.
Sputnik contact.az-a istinadla xəbər verir ki, Əylisliyə qarşı Azərbaycan CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Turan agentliyinə onun oğlu Nəcəf məlumat verib.
Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.
Bununla belə, yazıçının pasportunu qaytarıblar.
CM-in 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.