Bəşər Əsəd istefa verəcək?

© Sergei Guneev / Mediabanka keçidSuriya prezidenti Bəşər Əsəd
Suriya prezidenti Bəşər Əsəd - Sputnik Azərbaycan
Abunə olmaq
Londonda nəşr olunan "Əl-Həyat" qəzeti: "Söhbət Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefasından gedir"

BAKI, 31 mart — Sputnik. Birləşmiş Ştatlar və Rusiya, Suriyadakı vəziyyətin siyasi həlliylə bağlı razılığa gəlib. Bu razılaşmaya Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefası da daxildir.

Sputnik xəbər verir ki, bu barədə Londonda nəşr olunan "Əl-Həyat" qəzeti məlumat yayıb. Qəzet məlumatı diplomatik qaynaqlara istinadən dərc edib.

"Söhbət Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefasından gedir", — deyə naməlum mənbə qeyd edib.

Lakin ismi hələ də açıqlanmayan mənbə Əsədin istefasının zaman çərçivəsini və bu prosesin detalları barədə heç bir məlumat verməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında yayılan informasiyanı təkzib edib: "Rusiya Suriya da daxil olmaqla üçüncü ölkələrin öz müqəddəratlarının təyini məsələsini nə diplomatik, nə də başqa kanallarla müzakirə etmir".

Xəbər lenti
0