Suriyalı və əfqan qaçqınlar "bir-birilərinə girdilər"

© worldyouthalliance.wordpress.comMiqrantlar
Miqrantlar - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstanda baş verən kütləvi dava və iğtişaşları, yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub

BAKI, 31 mart — Sputnik. Müvəqqəti olaraq, təxminən 6 min qaçqının yaşadığı Yunanıstanın ən böyük liman şəhəri Pireydə suriyalı və əfqan qaçqınlar arasında kütləvi dava düşüb. Sputnik Report-a istinadən xəbər verir ki, dava nəticəsində ən azı səkkiz nəfər xəsarət alıb.

Əvvəlcə davada təxminən 30 nəfər iştirak edib, gecə yarısından sonra isə qarşıdurmanın miqyası böyüyüb. Suriyalılar və əfqanlar bir-birinə daş atıb, sərnişin terminalında şüşələr sındırılıb.

İğtişaşları yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub. Qaçqınların bildirdiyinə görə, davaya səbəb əfqanların suriyalı qadına hücum etməsi olub.

Xəbər lenti
0