Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu insanlar yoluxucu xəstəliklə üzə-üzə qalıblar

© Sputnik / Hikmet OrhunQazax rayonunun Bakı küçəsindəki Poylu arxı
Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı - Sputnik Azərbaycan
Abunə olmaq
Müstəqillik dövründən bu yana arxa kanalizasiya xətləri, xəstəxanaların, bəzi binaların və fərdi yaşayış evlərinin zir-zibili axıdılıb. Ətrafda yaşayan sakinlər dəfələrlə malyariya və epidemiya kimi xəstəliklərə tutulublar.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Qazax rayonu, Bakı küçəsinin sakinləri, məhəllədən keçən Poylu arxının antisanitar şərait yaratdığından şikayətçidirlər. Sputnik-ə müraciət edən şikayətçilər, sovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qaldığını və bu problemin onların səhhətinə təhlükə olduğunu deyiblər.

Ötən əsrin ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub. Vaxtilə qab-qacaq və paltar yuyulan arx müstəqillik dövründə tamamilə baxımsız qalıb, axıdılan tullantılar müxtəlif xəstəliklərə yol açıb.

Məhəllə sakini Elmar Rzalı bildirib ki, kanalizasiya xətləri arxa yönəldilib: "Müstəqillik dövründən bu yana arxa kanalizasiya xətləri, xəstəxanaların, bəzi binaların və fərdi yaşayış evlərinin zir-zibili axıdılıb. Qabaqlar ildə bir dəfə gəlib təmizləyirdilər, sonra tamamilə yaddan çıxarıldı".

© Sputnik / Hikmet OrhunQazax rayonunun Bakı küçəsindəki Poylu arxı.
Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı - Sputnik Azərbaycan
1/8
Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı.
© Sputnik / Hikmet OrhunÖtən əsr ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub.
Ötən əsr ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub - Sputnik Azərbaycan
2/8
Ötən əsr ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub.
© Sputnik / Hikmet OrhunArx vaxtilə qab-qacaq və paltar yumaq üçün istifadə edilib.
Arx vaxtilə qab-qacaq və paltar yumaq üçün istifadə edilib - Sputnik Azərbaycan
3/8
Arx vaxtilə qab-qacaq və paltar yumaq üçün istifadə edilib.
© Sputnik / Hikmet OrhunMüstəqillik dövründə kanalizasiya xətləri arxa yönəldiildiyindən, ortaya belə mənzərə çıxıb.
Müstəqillik dövründə kanalizasiya xətləri arxa yönəldiildiyindən, ortaya belə mənzərə çıxıb - Sputnik Azərbaycan
4/8
Müstəqillik dövründə kanalizasiya xətləri arxa yönəldiildiyindən, ortaya belə mənzərə çıxıb.
© Sputnik / Hikmet OrhunSovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qalıb.
Sovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qalıb - Sputnik Azərbaycan
5/8
Sovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qalıb.
© Sputnik / Hikmet OrhunMəhəllə sakinlərinin sözlərinə görə, arx dəfələrlə müxtəlif epidemiyalara səbəb olub.
Məhəllə sakinlərinin sözlərinə görə, arx dəfələrlə müxtəlif epidemiyalara səbəb olub - Sputnik Azərbaycan
6/8
Məhəllə sakinlərinin sözlərinə görə, arx dəfələrlə müxtəlif epidemiyalara səbəb olub.
© Sputnik / Hikmet OrhunƏvvəllər arxı ildə bir dəfə gəlib təmizləyirdilər, son illər isə tamam yaddan çıxarıblar.
Əvvəllər arxı ildə bir dəfə gəlib təmizləyirdilər, son illər isə tamam yaddan çıxarıblar - Sputnik Azərbaycan
7/8
Əvvəllər arxı ildə bir dəfə gəlib təmizləyirdilər, son illər isə tamam yaddan çıxarıblar.
© Sputnik / Hikmet OrhunProblem yaxın vaxtlarda həll edilməsə ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq.
Problem yaxın vaxtlarda həll edilməsə ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq - Sputnik Azərbaycan
8/8
Problem yaxın vaxtlarda həll edilməsə ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq.
1/8
Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı.
2/8
Ötən əsr ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub.
3/8
Arx vaxtilə qab-qacaq və paltar yumaq üçün istifadə edilib.
4/8
Müstəqillik dövründə kanalizasiya xətləri arxa yönəldiildiyindən, ortaya belə mənzərə çıxıb.
5/8
Sovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qalıb.
6/8
Məhəllə sakinlərinin sözlərinə görə, arx dəfələrlə müxtəlif epidemiyalara səbəb olub.
7/8
Əvvəllər arxı ildə bir dəfə gəlib təmizləyirdilər, son illər isə tamam yaddan çıxarıblar.
8/8
Problem yaxın vaxtlarda həll edilməsə ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq.

Məhəllə sakini onu da deyib ki, arx tamamilə xəstəlik mənbəyidir: "1999-cu ildən başlayaraq, 4-5 il malyariya xəstəliyi epidemiya kimi yayılmışdı. Arxın keçdiyi ərazilərdə az qala hamı yoluxmuşdu. Bizim məhəllədə minimum hərə 4-5 dəfə bu xəstəliyə tutulub".

O, qeyd edib ki, yaranmış problemə yaxın vaxtlarda əlaqədar orqanlardan nəzarət olmasa, ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq. Məsələylə bağlı Qazax "Su-Kanal" idarəsi ilə əlaqə yaratmağa çalışsaq da, cəhdimiz boşa çıxdı.

Xəbər lenti
0