BAKI, 31 mar — Sputnik. Sputnik.Rəy-in sorğusunun nəticələrinə görə, italyanların (66%), almanların (63%) və fransızların (63%) böyük əksəriyyəti digər ölkələrlə assosiasiya məsələsini ümumxalq referendumu vasitəsi ilə həll etmək istəyirlər. Nəticələr Populus və Ifop araşdırma şirkətləri tərəfindən Sputnik infomasiya agentliyi və radiosu üçün keçirilmiş sorğunun gedişində əldə olunub.
Niderlandda aprelin 6-da Ukraynanın Avropa İttifaqı ilə assosiasiyasına dair referendum keçiriləcək. Sputnik.Rəy-in keçirdiyi sorğunun nəticəsinə görə, digər ölkələrlə assosiasiyanın referendumda həll edilməsinin ən fəal tərəfdarları italyanlardır: İtaliya sakinlərinin 66%-i Aİ-yə yeni gələnlərinin məsələsini referendumda həll etmək istəyirlər. Almaniya və Fransa sakinləri də bu fikridədirlər – 63%. Referendumun əleyhinə çıxış edən sakinlərin faizi tərəfdarların faizindən xeyli azdır: Almaniya, Fransa və İtaliyada bu rəqəmlər müfaviq olaraq 23%, 20% və 18%-dir.
Britaniyalıların isə səsləri haçalanıb. Sözügedən məsələni referendumla həll etməyin tərəfdarları 43% təşkil edirlər. Lakin bu məsələyə biganə yanaşanların sayı da az deyil. Respondentlərin 40%-i suala "bilmirəm" cavabını verib.
Böyük Britaniya və Şimali İrlandiyada sorğunu Britaniyanın aparıcı araşdırma şirkətlərindən olan Populus 2016-cı il martın 4-9-u aralığında keçirib. Sorğuda 1085 nəfər iştirak edib. Almaniya (1002 nəfər), İtaliya (994 nəfər) və Fransada (1005 nəfər) sorğunu təcrübəli sorğu şirkəti olan IFop 2016-cı il 8-16 mart aralığında keçirib.
Sputnik.Rəy layihəsi haqda
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.
Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.