Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

59 yaşlı “gicbəsər” təyyarəni nə üçün qaçırdığını açıqladı

© REUTERS / Yiannis KourtoglouПассажирский самолет A320 египетской авиакомпании Egypt Air, захваченный неизвестными
Пассажирский самолет A320 египетской авиакомпании Egypt Air, захваченный неизвестными - Sputnik Azərbaycan
Abunə olmaq
Seyfəddin Mustafa: Əgər kimsə ailəsini 24 ildir görmürsə və həyat yoldaşı ilə övladlarını görmək istəyirsə, Misir hökuməti isə buna imkan vermirsə, o, nə etməlidir?

BAKI, 30 mart – Sputnik. Misir havayollarına məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran Seyfəddin Mustafa belə bir addımı nə üçün atdığını açıqlayıb. 

Sputnik Yenişafak-a istinadən xəbər verir ki, Mustafanı bucür hərəkət etməyə məcbur edən amil, həyat yoldaşı və uşaqlarını görmək istəməsi olub.

59 yaşlı Misir vətəndaşı bu haqda Kipr polisinə məlumat verib.

“Əgər kimsə ailəsini 24 ildir görmürsə və həyat yoldaşı ilə övladlarını görmək istəyirsə, Misir hökuməti isə buna imkan vermirsə, o, nə etməlidir?”, — deyə Mustafa bildirib. 

Seyfəddin Mustafa və onun Kiprli həyat yoldaşının dörd övladı olub. 10 il əvvəl onlardan biri vəfat edib. Təyyarəni qaçırmaqla bir andaca bütün dünyanın diqqətini üzərinə yönəldən misirli isə 1994-cü ildə Kipri tərk edib. 

Xəbər lenti
0