Ərdoğanın mühafizəçilərindən etirazçılara maraqlı müdaxilə

© AFP 2024 / RODRIGO BUENDIA Президент Турции Реджеп Тайип Эрдоган. Архивное фото
Президент Турции Реджеп Тайип Эрдоган. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün ABŞ-a gedən Türkiyə prezidenti Ərdoğana etiraz edildi.

BAKI, 30 mart — Sputnik. Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qaldığı otelin girişində həm dəstək, həm də etiraz nümayişləri ilə qarşılandı.

Sputnik sözcü-yə istinadla xəbər verir ki, Ərdoğanın qorumaları etirazçılara söyüşlərlə müdaxilə edərkən, çıxardıqları maraqlı səslər də çaşdırdı. Qorumaların çıxardığı səslərin nümayişçilərin səsini boğmaq üçün olduğu öyrənildi.

Ərdoğan yerləşəcəyi otelə girərkən əllərində türk bayraqları olan bir qrup türk tərəfindən sevgi nümayişi ilə qarşılandı. Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə sevgi nümayiş edən kütləni salamladı, sonra mətbuat nümayəndələrinə qısa açıqlama verdi. 

Bu vaxt otel qarşısında Ərdoğanı tərifləyən qrup ilə Ərdoğana etiraz edən qrup arasında qarşılıqlı söz savaşı və dava düşüb. Polisin müdaxilə etdiyi hadisələr böyümədən yatızdırılıb. Ərdoğanın qorumaları ilə etirazçı qrup arasında maraqlı dialoqlar yaşanıb.

Xəbər lenti
0