CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şeyx "Allahın evləri"ni dinləyəcək

© APAAllahşükür Paşazadə Heydər məscidində xütbə oxuyarkən
Allahşükür Paşazadə Heydər məscidində xütbə oxuyarkən - Sputnik Azərbaycan
Abunə olmaq
Allahşükür Paşazadə: Mən qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri kimi buna ixtiyarım var.

BAKI, 30 mart-Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Allahın evi" sayılan məscidlərə videokameralar qoyulacağını və onun məscidlərdə baş verənləri dinləyəcəyini bildirib.

Sputnik-in məlumatına görə, A.Paşazadə bu barədə məlumatı özü bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə verib.

Allahşükür Paşazadə Heydər məscidində xütbə oxuyarkən - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın bütün məscidlərində Ankara terrorunun qurbanları yad edilir
"Dövlətimiz, torpağımız, imanımız var. Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Din xadimlərimiz dövlətin tədbirlərində fəal iştirak etməlidir. Bir ovuc adam deyir ki, dövlət adını çəkirsənsə, düz danışmırsan. Bunu deyən adamlar özləri yanlış yoldadır, din xadimləri dövlətimizə dəstək verməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacağıq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır", — deyə Paşazadə bildirib. 

Brüsseldə baş verən terror aktlarını pisləyən ruhani lider, ayrı-ayrı ölkələrdə baş verən terrora dünyanın fərqli münasibət bəsləməsinə etirazını bildirib: "Necə olur ki, Brüsseldə də, Türkiyədə də, Pakistanda da terror baş verir, lakin bu hadisələrə münasibət fərqlidir. Bu, bir daha onu göstərir ki, biz dövlətimizə dəstək verməliyik. Ona görə də məscidlərdə kameralar qoyulacaq. Mən özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Mənim axundun hansı moizələr oxumasından xəbərim olmalıdır. Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri kimi buna ixtiyarım var".

Xəbər lenti
0