BAKI, 30 mart-Sputnik. Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yeni polis rəisi təyin edib.
Sputnik Avtosfer-ə istinadla xəbər verir ki, nazirin imzaladığı əmrə əsasən, millət vəkili Sahib Alıyevin qardaşı Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə rəis təyin edilib.
Bundan əvvəl Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini Hikmət Usubov tutub. H.Usubov az öncə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.