Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və o, tezliklə ucuzlaşacaq

© Sputnik / Murad OrujovВклады в манатах и долларах
Вклады в манатах и долларах - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır.

BAKI, 30 mart-Sputnik. Manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və bir müddətdən sonra dollar yenidən bahalaşacaq.

Sputnik-in məlumatına görə, bu fikirləri manatın son günlər dollar qarşısında möhkəmlənməsinin səbəbini izah edərkən iqtisadçı ekspert Samir Əliyev deyib.

"Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir. Neftin qiymətinin sabitləşməsi ($40 civarında) və FED rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır.

Digər tərəfdən Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb. Bu isə manatın mövqeyini daha da gücləndirir." — deyə iqtisadçı bildirib.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ekspert: Mərkəzi Bankın addımları uzun müddət səmərə verə bilməz
Yaxın 1-2 həftə ərzində manatın güclənəcəyini vurğulayan S.Əliyev bunun uzun müddət belə davam etməyəcəyini deyib: "Bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq. Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır.

Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir."

Xəbər lenti
0