Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

FED uçot dərəcəsini artıracaq

© AgnosticPreachersKidГлавное здание ФРС США. Архивное фото
Главное здание ФРС США. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
FED rəhbəri: Ənənəvi siyasətlə qlobal iqtisadi problemlərə cavab vermək məqbul sayılmır.

BAKI, 29 mar — Sputnik. Qlobal iqtisadi risklərin mövcudluğu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyini uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşmağı vadar edir.

“APA-Economics” xəbər verir ki, bunu FED-in rəhbəri Canet Yellen Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.

"Hazırkı aşağı uçot dərəcəsi ilə qlobal iqtisadi problemlərə cavab olaraq FED-in ənənəvi siyasət yürütməsi məqbul sayılmır. Qlobal proseslər riskləri artırır və iqtisadi, o cümlədən maliyyə mühiti uçot dərəcəsini artırdığımız ötən ilin dekabr ayından daha əlverişsiz olur”, — deyə C. Yellen bildirib.

Bununla yanaşı, FED rəhbəri uçot dərəcəsinin konkret olaraq hansı ayda artırılacağını dilə gətirməyib.

Xəbər lenti
0