BAKI, 29 mart — Sputnik. İlkin məlumatlara görə, Misirdə qaçırılan təyyarədə Azərbaycan vətəndaşları olmayıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizin Qahirədəki səfirliyi Misirin müvafiq orqanları ilə əlaqə saxlayıb. İlkin məlumatlara əsasən təyyarədə sərnişinlər arasında Azərbaycan vətəndaşlarının olmaması barədə məlumat verilib.
Azərbaycanın Misirdəki səfirliyi bu məsələni nəzarətdə saxlayır.
Qeyd edək ki, Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. Təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.