ELM

Vanqanın proqnozları insanı heyrətə gətirir

Международная космическая станция
Международная космическая станция - Sputnik Azərbaycan
Abunə olmaq
3797-ci il dünyanın sonu... Dünyadakı bütün həyat öləcək. İnsanlar yeni bir günəş sistemində həyat axtaracaq.

BAKI, 29 mart — Sputnik. Vanqanın proqnozları son aylarda yaşananlarla gündəmə gəldi. Kahinin 2016-ci il üçün Avropaya dair proqnozu isə şok etdi..

Həqiqi adı Vangeliya Pandeva olan Vanqa 31 yanvar 1911-ci ildə bu gün Makedoniya torpaqlarında olan Strumitza kəndində dünyaya gəldi.

16 yaşında ikən ildırım vurması nəticəsində görmə qabiliyyətini itirən Vanqa bu tarixdən sonra Orta Çağın məşhur kahini Nostradamus kimi proqnozlar verərək məşhur oldu.

Həyatda ikən proqnozları Bolqar hökuməti tərəfindən qələmə alınaraq saxlanan Vanqanın söylədiklərinin böyük bir hissəsi doğru çıxdı. 

Vanqa 1996-ci ildə 84 yaşında vəfat etdi.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, Vanqanın 2015-ci ildən sonra üçün proqnozları bunlardır.

2018-ci ildə dünyanın yeni super gücü Çin olacaq. İstismar edən ölkələr müstəmləkə halına gələcək.

2023-cü ildə Yer kürəsinin orbitində müəyyən naməlum bir dəyişiklik yaşanacaq. 

2026-cı ildə Avropanın əhalisi tükənmə nöqtəsinə gələcək.

2028-ci ildə yeni bir enerji növü inkişaf etdiriləcək. Yavaş yavaş aclığın qarşısı alınacaq. İçində insan olan bir gəmi Veneraya göndəriləcək.

2033-cü ildə qütbdə buzlaqlar əridikcə Yer kürəsinin su səviyyəsi artacaq.

2043-cü ildə dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Müsəlmanlar Avropanın hakimi olacaq.

2046-cı ildə bütün bədən orqanları yenidən çıxarılıb çoxaldıla biləcək. Xəstələnən orqanın yerinə yenisinin qoyulması ən çox istifadə edilən və ən sadə müalicə üsulu olacaq.

2076-cı ildə sinifsiz bir cəmiyyət nizamı təqdim edən kommunizm bütün dünyaya hakim olacaq.

2084-cü ildə təbiət yenidən canlanacaq.

2088-ci ildə insanların saniyələr içərisində yaşlanmasına səbəb olan yeni bir xəstəlik törəyəcək.

2100-cü ildə insan istehsalı olan süni bir günəş dünyanın qaranlıq üzünü işıqlandırmada istifadə ediləcək.

2111-ci ildə insanlar androidə bənzər yaşayan robotlara çevriləcək.

2123-cü ildə kiçik ölkələr arasında döyüşlər olacaq. Böyük ölkələr bunların xaricində qalacaq.

2164-cı ildə heyvanlar yarı insana çevriləcək.

2170-ci ildə böyük bir quraqlıq yaşanacaq.

2183-cü ildə Mars planetində bir koloniya nüvə gücü əldə edərək dünyadan müstəqilliyini tələb edəcək.

2196-cı ildə Asiya və Avropa irqləri tamamilə bir-birinə qarışacaq.

2201-ci ildə günəşdəki reaksiyaların yavaşlaması nəticəsində havanın istiliyi düşəcək.

2256-cı ildə kosmik gəmi dünyaya yeni bir xəstəlik gətirəcək.

2221-ci ildə dünyanın xaricində həyat axtarışında olan insanlar qorxunc bir şeylə qarşılaşacaqlar.

2256-cı ildə kosmos səfərləri dünyaya yeni xəstəliklər gətirəcək.

2262-ci ildə planetlərin orbitləri davamlı olaraq dəyişməyə başlayacaq. 

2480-ci ildə insan istehsalı iki günəş toqquşacaq. Dünya təkrar qaranlıqda qalacaq.

3797-ci il dünyanın sonu… Dünyadakı bütün həyat öləcək. İnsanlar yeni bir günəş sistemində həyat axtaracaq.

Vanqa 2016-cı ildə Avropanın əhalisinin çox ciddi şəkildə azalacağını proqnozlaşdırıb.

Xəbər lenti
0