İsrail öz vətəndaşlarını Türkiyədən geri çağırır

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidİsrail səfirliyi
İsrail səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Təl-Əviv: "Türkiyədə olan həmvətənlərimizin oranı dərhal tərk etməsini, həmçinin bu ölkəyə getməyə hazırlaşan yəhudilərin qərarlarını dəyişməsini məsləhət görürük"

BAKI, 28 mart — Sputnik. İsrail hökuməti Türkiyədə olan vətəndaşlarını terrorla bağlı xəbərdar edib. Bu barədə İsrailin terrorla mübarizə üzrə dövlət agentliyi məlumat yayıb.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, agentlik, Türkiyə ərazisində terror hücumlarının baş vermə ehtimalının güclü olduğunu bildirib və əlavə edib: "İŞİD-dən qaynaqlanan təhlükə səbəbilə, Türkiyədə terror riski yüksək səviyyədədir. Hədəf olaraq turistik məkanları və İsrail vətəndaşlarını seçən terror təşkilatının qurbanına çevrilməmək üçün, Türkiyədə olan həmvətənlərimizin oranı dərhal tərk etməsini, həmçinin bu ölkəyə getməyə hazırlaşan yəhudilərin qərarlarını dəyişməsini məsləhət görürük".

Xəbər lenti
0