CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntiqam Əliyev azadlığa buraxılıb

© azadliq.orgİntiqam Əliyev
İntiqam Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın məşhur hüquqşünası məhkəmə qərarına əsasən, 5 il şərti həbs cəzası almaqla azadlığa buraxılıb.

BAKI, 28 mart-Sputnik. Bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib.

Sputnik-in məlumatına görə, plenumun iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib. 

Məhkəmə qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası almaqla azadlığa buraxılıb.

İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib.

İ.Əliyevin vəkili Cavad Cavadov məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hüquqşünasın kassasiya şikayəti təmin edilməyib.

Xəbər lenti
0