ELM

Azərbaycanın və dünyanın tanınmış iqtisadçıları bir araya gələcək

© Photo : unec.edu.azADİU-nin UNEC təqdimatı
ADİU-nin UNEC təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC tanınmış iqtisadçıları bir platformada toplayacaq. Layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır.

BAKI, 28 mart — Sputnik. UNEC yeni layihəyə — iqtisadçı alimlərin və praktiklərin "diskurs.az" virtual iqtisadi forumu layihəsinə start verib. Layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır.

Diskurs.az maraq kəsb edən məsələlərə dair materialları həm yerləşdirməyə, həm də onları qiymətləndirməyə və şərhlər əlavə etməyə, habelə sosial şəbəkələrdə paylaşmağa imkan verir.

Virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid müvafiq ekspertlərin rəy və təklifləri yerləşdiriləcək. Eyni zamanda istifadəçilərə öz maraq dairələrinə uyğun əlavə rubrikalar yaratmaq imkanı da veriləcək.

Azərbaycan Dövlət İqtisad Universiteti - Sputnik Azərbaycan
ELM
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olublar

İstifadəçilər və iştirakçılar Azərbaycanda elə bir unikal intellektual meydançanın iştirakçılarına çevriləcəklər ki, orada iqtisadiyyatın və biznesin aktual məsələlərini ölkənin aparıcı iqtisadçı alimləri ilə və müxtəlif sahələrin mütəxəssisləri ilə birbaşa müzakirə edə biləcəklər.

Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadçıları diskurs.az virtual iqtisadi forumun işində iştirak edərək iqtisadi proseslərlə bağlı öz fikirlərini ictimayyətlə bolüşməyə dəvət edir.

UNEC haqqında: UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək — tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif — elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Xəbər lenti
0