Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda yeni teatr yaradıldı

Xəbərlərə abunə olun
НовостиTelegram
M.Teatr production adlı yeni müstəqil teatrın bədii rəhbəri Respublikanın Əməkdar artisti Vidadi Həsənov, direktoru Amil Əyyubdur. Sabah teatrın "Məsəl, ya..." adlı ilk tamaşası nümayiş olunacaq.

BAKI, 28 mart — Sputnik. Azərbaycanda Media Company-nin nəzdində M.Teatr production adlı yeni müstəqil teatr yaradılıb. Sputnik-ə teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın bədii rəhbəri Respublikanın Əməkdar artisti Vidadi Həsənov, direktoru Amil Əyyubdur.

Силуэт актера на сцене. Архивное фото - Sputnik Azərbaycan
Bakıda yeni teatr yaradıldı

29 MART 19.00-da R.Behbudov adına Mahnı Teatrında M.Teatr production-ın "Məsəl, ya…" adlı ilk tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, Respublikanın əməkdar artisti Vidadi Həsənovun rəhbərliyi ilə yaradılmış müstəqil teatrda gənc və istedadlı sənətçilər toplanıb. Onu da xatırladaq ki, "Məsəl, ya…" adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış edirlər. Ü.Hacıbəylinin "Ordan-burdan" kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə — tamaşada iştirak edən beş sənətçi, sanki beş zaman səyyahı kimi bizi keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparırlar.

Amma, bu səyahət "bu gündən" keçmişə deyil, əslində " keçmişdən" bu günə səyahətdir. Bəs görəsən, ordan — keçmiş adlı uzaq bir "məmləkətdən" baxanda yaşadığımız bu gerçəklik necə görünür? Bəs qarasınca güdükçü düşdüyümüz o "gələcək" adlı xəyali "diyara" nə ilə və nə üzlə gedirik? Tamaşada bu suallara cavab axtarılacaq.

Xəbər lenti
0