Obama haqqında yazdığı statusa görə həbs olundu

© AP Photo / Evan Vucci, PoolABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
55 yaşlı amerikalı prezidenti ölümlə təhdid etdiyi üçün azadlıqdan məhrum edilib. Oxşar hadisə 2013-cü ildə də yaşanmışdı.

BAKI, 28 mart — Sputnik. ABŞ prezidenti Barak Obamanı sosial şəbəkədə ölümlə təhdid edən 55 yaşlı Brian Dutcher 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəza Federal Məhkəmə tərəfindən verilib.

ABD Başkanı Barack Obama - Sputnik Azərbaycan
Barak Obama Kubaya tarixi səfər edib

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, istintaq işini aparan prokurorun sözlərinə görə, Brian Dutcher keçən il iyul ayında Obamanın Wisconsin əyalətindəki çıxışı zamanı bir polisə yaxınlaşaraq "ilk fürsətdə onu öldürəcəm" deyib. Həmin vaxtlar onu ciddiyə almadıqlarını deyən prokuror, daha sonra 55 yaşlı amerikalının "Facebook" hesabında yazdığı statusları nəzarətə götürdüklərini bildirib.

"Biz ilk əvvəllər o şəxsi ciddiyə almamışdıq. Lakin sosial şəbəkədə yazdığı statusları oxuyanda məsələnin ciddi olduğu qənaətinə gəldik", —prokuror deyib.

Oxşar hadisə 2013-cü ildə də yaşanmış, Floridalı Christopher Castillo "Facebook"da Obamanı ölümlə təhdid etdiyi üçün 15 ay həbsə məhkum edilmişdi. Castillo məqsədinin zarafat olduğunu iddia etsə də, cəzadan xilas ola bilməmişdi.

Xəbər lenti
0