BAKI, 27 mar — Sputnik. Türkiyədə qadınlar könüllü olaraq hərbi xidmətə gedəcək.
APA-nın verdiyi məlumata görə, bu, Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahın ölkədə hərbi xidmətlə bağlı üzərində çalışdığı islahatlar paketində yer alıb.
Qadınlar üçün könüllü əsgərliyin də daha qısa müddəti əhatə etməsi nəzərdə tutulur. Həmin müddətdə qadınlara əsgərliklə bağlı əsas təlimlər keçiriləcək.
Qeyd edək ki, hazırda Avstriya, Danimarka, Finlandiya, İsveçrə, Litva və Yunanıstanda qadınlar könüllü əsgərlikdə ola bilirlər. Norveç 2015-ci ildə qadınlar üçün məcburi hərbi xidmətlə bağlı qanun qəbul edib. İsraildə isə qadınlar 2 il məcburi hərbi xidmətdə olmalıdırlar.