Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Terrorçu, yoxsa qraffiti ustası?

© Sputnik / Farid BabayevОдна из станций Бакинского метрополитена
Одна из станций Бакинского метрополитена - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Bakı metrosuna havalandırma sistemi borusu vasitəsi ilə daxil olmaq istəyən şəxs saxlanılıb.

BAKI, 26 mar — Sputnik. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus vətəndaşı İlyevskiy Sergey Timofeyeviç saxlanılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik-ə daxil olan birgə məlumatda qeyd edilir ki, hadisə mart ayının 25-i saat 01.30 radələrində baş verib. Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, «Nikon» markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tiflis və İrəvanın metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.

Belarus Respublikasının Azərbaycandakı səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevskiy havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib. Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.

Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала