BAKI, 26 mar — Sputnik. İngiltərənin İndependent qəzeti bu gün sonuncu dəfə kağız şəklində çıxıb.
Qəzet rəhbərliyinin qərarına görə, artıq İndependent yalnız onlayn rejimdə olacaq.
Bu gündəlik qəzet 1986-cı ildən dərc olunur və 1990-cı ildə gündəlik 400 min nüsxə tirajla çıxıb. 2015-ci ildə onun tirajı 58 minədək düşüb.
2010-cu ildə rusiyalı biznesmen Aleksandr Lebedev 1 funt sterlinq qiymətinə İndependent-i alıb.