BAKI, 26 mar — Sputnik. ABŞ sərhədçiləri Texas ştatının sahillərində içərisində 5,5 ton kokain olan sualtı qayığı saxlayıblar.
Bu barədə İndependent yazıb.
Sərhədçilər qayığın batdığını görərək onu xilas ediblər. Qayıq yükün ağırlığından batırmış.
Qayıqda 4 narkotik ticarətçisi ələ keçib.
Cinayətkarlar bu yükdən 200 milyon dollar qazana bilərmişlər.