BAKI, 25 mar — Sputnik. Fransada yeni terror hücumunun qarşısı alınıb.
Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın DİN rəhbəri Bernar Kaznev bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxs Fransa vətəndaşıdır, onun terrorçu şəbəkə ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Nazir qeyd edib ki, həmin şəxsin həbs olunması yüksək hazırlıq səviyyəsinə gətirilmiş terror aktının qarşısını almağa kömək edib.
Qeyd edək ki, bundan əvvəl Brüsseldə xüsusi əməliyyat zamanı 6 nəfər həbs olunub.