BAKI, 25 mar — Sputnik. Nizamlanma prosesi nəticəsində Suriyanın vahid və bölünməz qalmasının vacibliyi məsələsində Moskva və Vaşinqtonun mövqeyi eynidir.
Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
“Biz burada hamımız anlayırıq ki, müharibəyə son qoyulmalıdır. Biz bu prosesdə məqsədləri də anlayırıq — İŞİD-in, “Ən-Nusrə”nin və digər terrorçu qruplaşmaların məhv edilməsi, və biz hamımız Suriyanın azlıqların hüquqlarının qorunacağı vahid, bölünməz və dünyəvi dövlət olaraq qalmasının tərəfdarıyıq”, — deyə Kerri Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.