Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə ilə Avropa Birliyi arasında viza rejimi aradan qaldırılarsa...

© John MacDougall/Pool Photo via APAngela Merkel Tayyib Ərdoğan
Angela Merkel Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bunun Azərbaycan üçün də müsbət təsiri ola bilər. Təsəvvür edin ki, Türkiyə Avropa Birliyinə daxil olub. Avropa Birliyinin bir üzvüdür. Bu, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına daha güclü köməklik göstərə bilər"

BAKI, 24 mart — Sputnik. "Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin aradan qaldırılması mümkündür. Bununla Türkiyənin Avropa Birliyinə vizasız gediş-gəlişi qaydaları bərqərar olunacaq. Bu, həm də Türkiyənin Avropa Birliyinə daxil olmasına geniş meydan açacaq".

© youtubeQabil Huseynli
Qabil Huseynli - Sputnik Azərbaycan
Qabil Huseynli

Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun fikrincə, gediş-gəlişlərin artması Türkiyənin mövqeyinin, iqtisadiyyatının möhkəmlənməsinə təsir edəcək. Avropa Birliyinə inteqrasiya Türkiyəyə çox şey verəcək.

"Bunun Azərbaycan üçün də müsbət təsiri ola bilər. Təsəvvür edin ki, Türkiyə Avropa Birliyinə daxil olub. Avropa Birliyinin bir üzvüdür. Bu, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına daha güclü köməklik göstərə bilər. Ən azından yaxşı perspektivlər açacaq", —deyə təhlilçi bildirib.

Avropa Birliyi (AB) Komissiyası Türkiyə ilə AB arasında viza rejimi ilə bağlı ikinci hesabatını açıqlayıb. Açıqlamada ilk hesabatın dərc edildiyi 2014-cü ilin oktyabr ayından bəri Türkiyənin atdığı addımlar və bundan sonra nə edəcəyinin lazım olduğu əks olunub.

AB Komissiyasının həmçinin, Türkiyənin də iddialı bir şəkildə istədiyi vizaların qaldırılması üçün islahat prosesini daha da sürətləndirməsi, hesabatda yer alan bütün problemlərə təcili olaraq diqqət yetirilməsi məsələsində Ankaranı təşviq etdiyi də bildirilir.

Komissiyanın üçüncü və son hesabatının bu ilin oktyabr ayında açıqlanacağı nəzərdə tutulur. Hesabatda Türkiyənin şərtləri yerinə yetirdiyi nəticəsinə gəlinsə, Avropa Birliyi Komissiyasının vizaların qaldırılması üçün tövsiyə qərarının verilməsi və ardından da AB liderlərinin bunu təsdiq etməsi gözlənilir.

Xəbər lenti
0