CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd nəfərin ölümünə səbəb olan sürücü ələ keçdi

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəranda dörd nəfərin ölümünə səbəb olan minik avtomobilinin sürücüsü saxlanılıb.

BAKI, 24 mar — Sputnik. Lənkəranda dörd nəfərin ölümünə səbəb olmuş minik avtomobilinin sürücüsü, Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Xəlilzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Növbətçi hissəsindən məlumat verilib.

Qeyd edək ki, ötən gün saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Xəlilzadə idarə etdiyi “VAZ-21099” markalı, 10 EG 472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

Avtomobilin sərnişini, Astara rayon salini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Səbuhi Əliyevin həyarınıxilas etmək mümkün olmayıb. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Hadisəni törətmiş sürücü isə hadisə yerini tərk edərək istintaqdan yayınıb. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X. Xəlillzadə isti izlərlə yuaxalanaraq istintaq cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0