SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Polşa miqrantları qəbul etməkdən imtina etdi

© www.piligrim-m.com.uaПольша
Польша - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Polşa hökumətinin mətbuat katibi Rafal Bohanek bəyan edib.

BAKI, 24 mar — Sputnik. Polşa rəsmi olaraq Brüsseldəki terror aktlarından sonra miqrantları qəbul etməkdən imtina edib.

Sputnik-in verdiyi məlumata görə, bunu Polşa hökumətinin mətbuat katibi Rafal Bohanek bəyan edib.

“Qaçqınların yoxlanılmasını nəzərdə tutan sistemin işləmədiyi halda, onların Avropa İttifaqı ölkələrinə köçürülməsi və paylaşdırılması ilə bağlı planların gerçəkləşməsi qeyri-mümkündür”, deyə R.Bohanek bildirib.

O qeyd edib ki, rəsmi Varşava hazırda Belçikada baş verən hadisələrin Polşada təkrarlanmasına yol verə bilməz.

Xəbər lenti
0