BAKI, 24 mar — Sputnik. Bakıda yanğın hadisəsi qeydə alınıb.
Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.