Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Brüsseldə hava limanı və metroda partlayışlar baş verib, 11 nəfər ölüb

© AP Photo / Daniela SchwarzerНа месте взрыва в аэропорту Брюсселя. 22 марта 2016 г
На месте взрыва в аэропорту Брюсселя. 22 марта 2016 г - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

BAKI, 22 mar — Sputnik. Belçikanın paytaxtı Brüsseldə Zaventem hava limanında ard-arda iki güclü partlayış baş verib.

Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

Hadisədən sonra hava limanı və oraya gedən bütün yollar bağlanıb, enməsi gözlənilən təyyarələr başqa şəhərlərin aeroportlarına istiqamətləndirilib.

Növbəti partlayış isə şəhər metrosunda qeydə alınıb. 

Hadisə metronun Malbek stansiyasında baş verib. Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də,yaralıların olduğu deyilir. Hazırda metrodakı insanlar evakuasiya edilir. 

Xəbər lenti
0