BAKI, 21 mart-Sputnik. Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.
Sputnik "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib.
Bir neçə gün öncə Brüsseldə keçirilən Avropa İttifaqı-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.
"İyunun sonuna — Niderlandın sədrliyinin başa çatmasına qədər viza rejiminin ləğvi üzrə proses bitəcək"- deyə Ə.Davudoğlu bildirmişdi.
Fransa prezidenti Fransua Olland isə demişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.