BAKI, 21 mar — Sputnik. İsveçin paytaxtı Stokholm şəhəri yaxınlığında yaşayış binasında yerləşən ofisdə partlayış baş verib.
Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd olunur ki, partlayış zamanı ofisdə heç kim olmayıb. Partlayışdan sonra əmələ gələn yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Şahidlərin sözlərinə görə, partlayışdan dərhal sonra bir neçə nəfər hadisə yerini qaçaraq tərk edib.