Səhər tezdən İçərişəhərdə ayaq basmağa yer yoxdur. Burada paytaxt sakinlərinə və qonaqlara kəndirbazlar, pəhləvanlar və musiqi kollektivlərinin iştirakı ilə rəngarəng proqram təqdim edilir.
Qoşa Qala qapısı meydanında Meydan bazarı — suvenir və xalq sənəti nümunələrininsatışı təşkil olunub. Burada milli mətbəx nümunələri ilə tanış olmaq, əl işləri olan gözəl və bənzərsiz hədiyyələri almaq mümkündür. Burada xalq və estrada musiqiləri səslənir, kəndirbazlar, gözbağlayıcılar və pəhləvanlar öz məharətlərini göstərirlər.
Bayram şənlikləri xanəndə, müğənni və el sənətkarlarının iştirakı ilə gecəyədək davam edəcək.