BAKI, 20 mar — Sputnik. Türkiyənin daxili işlər naziri Əfqan Ala martın 19-da İstanbulun İstiqlal prospektində terror aktının Mehmet Öztürk tərəfindən törədildiyini açıqlayıb.
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Ə. Ala deyib ki, mənfur olayı törədən terrorçunun 1992-ci ildə Qaziantepdə anadan olmuş Mehmet Öztürkdür.
Ə. Ala bildirib ki, əldə edilən faktların terrorçunun İŞİD terror təşkilatı ilə bağlı olduğunu göstərir: “Mənə gələn məlumatlara görə Mehmet Öztürklə bağlı hər hansı axtarış qərarı olmayıb. Məsələnin bütün detalları hərtərəfli araşdırılır. İndiyə qədər olayla bağlı 5 nəfər saxlanılıb”.