BAKI, 20 mar — Sputnik. Qazaxıstanda növbədənkənar parlament seçkilərində səsvermə davam edir.
Sputnik-in məlumatına görə, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək (Bakı vaxtı ilə 18.00) davam edəcək. Yalnız 4 vilayətdə səsvermə Bakı vaxtı ilə 9.00-dək davam edəcək.
Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.
Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda 6 siyasi partiya mübarizə aparır.
Ölkə üzrə təxminən 9,84 min seçici məntəqəsi var.