Azərbaycana bahar gəldi

Abunə olmaq
Bu sabah saat 08.30 radələrində Azərbaycan ərazisində baharın gəlişi qeydə alınıb.

BAKI, 20 mart-Sputnik. Bu sabah Azərbaycana bahar gəlib.

Sputnik-in məlumatına görə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində baş verib. O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir".

X. Mikayılov qeyd edib ki, Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır: "Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir".

Xəbər lenti
0