BAKI, 19 mart-Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, İstanbulda törədilən partlayışın qurbanlarının əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır.
Sputnik-in məlumatına görə, bu gün İstanbulda baş verən terror aktından sonra keçirilən hökumətin qapalı toplantısının ardından mediaya yazılı açıqlama verən Davudoğlu deyib:
"Terror aktı nəticəsində ölənlərin əksəriyyəti əcnəbidir. İstintaq davam etdirilir, yaxın zamanda bunun üstü açılacaq. Terrorçu-kamikadzelərin bu cür hücumları Türkiyənin terrorla mübarizədəki mövqeyinin nə qədər düzgün olduğunu göstərir. Terrorçular bu cür hücumlarla məqsədlərinə çatmayacaqlar, biz terrorçuluğa qarşı qətiyyətli mübarizəmizi davam etdirəcəyik."
İstanbulda bu gün baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.