Con Kerri Azərbaycan xalqını təbrik edib

© regnum.ruCon Kerri
Con Kerri - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın dövlət katibi: Novruz yenilənmə və barışıq bayramıdır. Bu, ailələrin öz irs və mədəniyyətlərini qeyd etmələri üçün fürsətdir.

BAKI, 19 mart-Sputnik. "Novruz yenilənmə və barışıq bayramıdır. Bu, ailələrin öz irs və mədəniyyətlərini qeyd etmələri üçün fürsətdir."

Bu fikirləri ABŞ-ın dövlət katibi Con Kerri Mərkəzi Asiya, Qafqaz və İranda yaşayan millətləri Novruz bayramı münasibəti ilə təbrik edərkən deyib. O, özünün də ABŞ prezidenti Barak Obamaya qoşularaq Novruzu qeyd edənlərə xoşbəxtlik, sağlamlıq və rifah arzuladığını ifadə edib. 

Sputnik-in məlumata görə, Kerrinin təbriki Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Dövlət katibinin təbrikində deyilir: "Novruz yenilənmə və barışıq bayramıdır. Bu, ailələrin öz irs və mədəniyyətlərini qeyd etmələri üçün fürsətdir." 

Kerri açıqlamasında bu il İranla əldə edilən nüvə anlaşmasına da toxunaraq deyib: "Bu il çəkişmələri azaldacaq əmsalsız bir diplomatik irəliləyiş əldə edilib. Beynəlxalq müttəfiqlərimizlə birlikdə ümumi işimiz nəticəsində İranla nüvə sərmayələrinin ortadan qaldırılmasının əvəzində İranın nüvəni sülh məqsədləri ilə istifadəyə istiqamətləndirməsinə nail olduq. Hər yeni il və bahar ümidlə başlamalıdır. Biz bu mənada bütün dünya ilə həmrəyik. Mən bütün dünyada yaşayan dostlarımıza sağlam, xoşbəxt Novruz arzu edirəm." 

Xəbər lenti
0